525.Az

Tramp Rokki Balboa ilə müqayisə olundu - ikinci Corc Vaşinqton adlandırıldı


 

Tramp Rokki Balboa ilə müqayisə olundu - <b style="color:red"> ikinci Corc Vaşinqton adlandırıldı</b>

Aktyor Silvestr Stallone ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı Mar-a-Laqoda keçirilən qala tədbirində filmdə canlandırdığı boksçu Rokki Balboa obrazı ilə müqayisə edib və ikinci Corc Vaşinqton adlandırıb.

525.az bu barədə C-SPAN-a istinadən xəbər verir.

Stallone bildirib ki, Tramp dünyada heç kimin edə bilmədiyini edib. O, respublikaçıların seçkidəki qələbəsinə sevindiyini vurğulayıb.

“Bizim ikinci Corc Vaşinqtonumuz var! Təbrik edirəm”, - deyə tanınmış aktyor bildirib.

S.Stallone qeyd edib ki, filmdə canlandırdığı Rokki “seçilmiş insan” olub: “O, həyatı dəyişdirdi – eynilə prezident Tramp kimi”.

İbrahim Cəfərov

 





15.11.2024    çap et  çap et