525.Az

Yaponiya şahzadəsi 101 yaşında vəfat etdi


 

Yaponiya şahzadəsi 101 yaşında vəfat etdi<b style="color:red"></b>

Yaponiya imperator ailəsinin ən yaşlı üzvü dünyasını dəyişib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 101 yaşlı şahzadə Yuriko Mikasanın ölümü ilə bağlı ölkənin ictimai televiziyası məlumat yayıb.

Şahzadə Yuriko Mikasa bir müddət əvvəl həyati əhəmiyyətli orqanlarının düzgün işləməməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Yeri gəlmişkən, onun əri şahzadə Takaxito Mikasa 2016-cı ildə 101 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, cütlük 1941-ci ildə ailə həyatı qurub və onların 5 övladı dünyaya gəlib.

L.Tağıyeva

 





15.11.2024    çap et  çap et