525.Az

İcra hakimiyyətləri və xəstəxanalar yoxlanacaq


 

İcra hakimiyyətləri və xəstəxanalar yoxlanacaq<b style="color:red"></b> Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
 
Hesablama Palatasından Lent.az-a verilən məlumata görə, iclasda Sumqayıt şəhər səhiyyə şöbəsinə və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, Ağstafa Rayon İcra Hakimiyyətinə, Şəki Şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiqlənib.

Həmçinin “Azərkosmos” ASC tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin, cəlb edilən kreditlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin, kreditlərin qaytarılma vəziyyətinin, dövlət büdcəsinin gəlirlərinin və büdcədənkənar vəsaitlərin hesablanması və ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun auditinə dair audit proqramları da təsdiq edilib.
 





13.11.2014    çap et  çap et