525.Az

Estoniyada əhalinin kasıblaması cinayətkarlığın artmasına səbəb olub


 

Estoniyada əhalinin kasıblaması cinayətkarlığın artmasına səbəb olub<b style="color:red"></b>

Estoniyada əhalinin sosial rifahının aşağı düşməsi ölkədə cinayətkarlığın artmasına təkan verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə və rəqəmsal texnologiya naziri Liisa-Li Pakosta bildirib.

Xanım Pakostanın sözlərinə görə, insanların pulsuzluq ucbatından əsasən ərzaq və gündəlik tələbat malları oğurlaması az qala adi hala çevrilib.

Dələduzluq hallarının da sayı nəzərəçarpacaq dərəcədə artıb.

Qeyd edək ki, Estoniyada son 10 ildə cinayətkarlıq xeyli aşağı düşsə də, bu il vəziyyət mənfi yöndə dəyişib. Təkcə ötən illə müqayisədə qanun pozuntusu hallarında 4 faiz artım var.

L.Tağıyeva

 





15.11.2024    çap et  çap et