525.Az

Yaponiyanın xarici işlər naziri Ukraynaya səfər edəcək


 

Yaponiyanın xarici işlər naziri Ukraynaya səfər edəcək<b style="color:red"></b>

Yaponiyanın xarici işlər naziri Takesi İvaya Ukraynaya səfər edəcək.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

İvayanın Ukraynaya səfəri bundan əvvəl elan edilməyib.

"Ukraynaya səfəri zamanı xarici işlər naziri şəxsən Yaponiyanın Ukraynaya qətiyyətlə dəstəyini və Rusiyaya qarşı sərt sanksiyaların təşviqinə davam etmək niyyətini bəyan edəcək", - nazirliyin məlumatında bildirilir.

Onun Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə danışıqlar aparacağı, tərəflərin geniş mövzuları müzakirə etməyi planlaşdırdığı vurğulanır.

 





16.11.2024    çap et  çap et