525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə bəzi yerlərdə çiskin yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında sabah  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə qədərə şaxta olacaq. Gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

 





13.11.2014    çap et  çap et