525.Az

Abxaziya prezidenti paytaxtı tərk etdi


 

Abxaziya prezidenti paytaxtı tərk etdi<b style="color:red"></b>

Abxaziya prezidenti Aslan Bjaniya respublikanın paytaxtını tərk edib.

525.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.  

Bildirilir ki, müxalifətin ultimatumundan sonra Bjaniya doğma kəndi Tamışa yollanıb.

Halbuki daha əvvəl prezident administrasiyası yayılan xəbərləri təkzib edir, Aslan Bjaniyanın Rusiyanın hərbi bazasında olduğunu bildirirdi.     

Xatırladaq ki, noyabrın 15-də axşam saatlarında müxalifət tərəfdarları Bjaniyaya ultimatum verərək, onun bir saat ərzində istefasını tələb ediblər. Bundan əvvəl isə prezident özü və digər rəsmilərin işlərini davam etdirəcəklərini bildirmişdi.

İbrahim Cəfərov

 





16.11.2024    çap et  çap et