525.Az

Məhsuldar bir türk şairi: Suavi Kemal Yazgıç


 

Məhsuldar bir türk şairi: <b style="color:red">Suavi Kemal Yazgıç</b>

Aleyna Malkoç

TRT 2-nin redaktoru, yazıçı, tərcüməçi 

Ənənəvi üsulla işləsəniz, Suavi Kemal Yazgıç adını axtardığınız zaman belə bir məlumatla qarşılaşacaqsınız: türk şairi, yazıçısı, redaktoru, jurnalisti. İlk şeiri 1991-ci ilin oktyabrında “Türk ədəbiyyatı” jurnalında dərc olunub. Şeir janrında; “Sebepsiz Serçe, Taş Suya Değince, Heves, Tövbe Gölgeliği, Bütün Ayrılıklar” kimi sadə türkcəyle yazılmış həssas duyğuları ifadə edən əsərləri var. Qısa hekayə janrında isə yenə hekayəsini sadə bir dildə oxucularına çatdırır. “Kırk Gri Hırka, Dünyanın Çekmeceleri, Kahramanın Sonsuz Kısa Yolculuğu” onun hekayə əsərləridir.

Suavi abinin (bizim zarafatlı deyimle SKY) yenə maraqlı bir xüsusiyyəti var:  2014-cü ildə Türkiyə Jurnal Redaktorları və Nəşriyyat Direktorları Dərnəyinin təşkil etdiyi 5-ci Jurnal Günlərində "Ən Çox Jurnalda Yazan İsim" mükafatına layiq görülüb. Doğrudan da, o, həmişə gənclərdən daha yüksək enerji ilə, sonsuz ədəbiyyat sevgisi və məhsuldarlığı ilə yazır, istehsal edir. Onun ən mühüm xüsusiyyəti az danışmaqla çox şey deyə bilməsidir. Bilənlər bilir ki, qısa yazmaq daha çətindir.

Hər şeydən əvvəl Suavi Kemal Yazgıç; TRT günlərində mənim üçün bir ağabey, həmkar və dostdu. Bu günlərdə birlikdə “Edebiyat Dünyası” adlı verilişi hazırlayırıq. Həyatın bütün xoşagəlməzliklərinə rəğmən, ədəbiyyat sahəsində nəsə çıxarmaq, dostlarla eyni yolda getmək bizə həzz verir. Bu iş günlərində biz ədəbiyatçı dostlar kollektivi bir araya gəlirik. Gah Suavi Kemal Yazgıç türk poeziyası ilə bağlı görüşlerinden, gah da Erkan Şimşək sonsuz ədəbi xatirələrindən danışır. Mən də hazırda fəlsəfə doktorluğu işimin araşdırmalarını davam etdirdiyim türkologiya və türk dünyası sahəsi ilə mühitə qoşuluram. Biz tez-tez Azərbaycanı və onun şirin türkcəsini söhbətlərimizə daxil edirik. TRT2-də “Edebiyat Dünyası” verilişini hazırlayarkən şəxsi məqsədim Türk dünyasını, xüsusən də Azərbaycanı təmsil etmək ve ağlıma gələn mövzuları və önəmli yazarlarımızı bu proqrama daxil etmək idi. Suavi Kemal Yazgıç bu yolda hər zaman yanımda olub. Bu sayədə kanalımızda; Anar, Rəşad Məcid və Sabir Rüstəmxanlını qonaq etdik. Xəbəri də verim ki, tezliklə Aysel Xanlarqızını qonaq edəcəyik.

Qələmim Suavi bəyin yaradıcılığı ilə açıldı və TRT 2 günlerimizə qədər gəlib çatdı. Bildiyiniz kimi, mən vaxtaşırı Azərbaycan dilində yazılarımı dərc edirəm. İstərdim ki, qardaş ölkəmiz Azərbaycanda şeirsevərlər Suavi Kemal Yazgıçın heç olmasa bir şeirini oxusunlar. 

Sizin üçün Suavi Kemal Yazgıçın bir şeirini təqdim edirəm:

“Bir İmha Savaşı / Məhv Döyüşü 
-Selim Pusat’a

biri gəldi və öldüm 
bir başqası gəlmədi 
yenə öldüm

dünən heç kölgə düşməz bir küçədən keçdim
səsinin toxunmadığı evlər arasından
telefonla zəng etdim çatmadı yenə
buraxılmış zənglərdə tapdım 
sənsiz qalmağın təsəllisini

indi səndən yaradılmış bir dənizdə
boğulmadım yenə
öskürdüm və qaldım nəfəssiz 
özümdən ibarət bir çöldə…”

 





16.11.2024    çap et  çap et