525.Az

Müxalifət paytaxtda aksiya keçirməyə cəhd göstərib


 

Müxalifət paytaxtda aksiya keçirməyə cəhd göstərib<b style="color:red"></b> Bir qrup müxalifət fəalının bu gün “Fəvvarələr meydanı”nda keçirmək istədiyi aksiya başa çatıb.

APA-nın məlumatına görə, müxtəlif şüarlar səsləndirərək meydana doğru irəliləyən müxalifətçiləri polis ərazidən tamamilə uzaqlaşdırıb. Bununla da, aksiya yekunlaşıb.
 
 
***
Saat 15.08
 
Bir qrup müxalifət fəalı “Fəvvarələr meydanı”nda aksiya keçirməyə cəhd göstərir. APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, bir qrup gənc müxtəlif şüarlar səsləndirərək meydana daxil olmaq istəsə də, polis bunun qarşısını alıb. Saxlanılanların olduğu bildirilir. Polislə müxalifətçilərin qarşıdurmasında “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu xəsarət alıb.
 
Polis səsgücləndiricilər vasitəsilə aksiya iştirakçılarına dağılmaq barədə xəbərdarlıq edir. Xəbərdarlıqda onların “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu pozduqları bildirilir, ərazini tərk etmələri istənilir.
 
 
***
Saat 14:11
 
Bir qrup müxalifət fəalının “Fəvvarələr meydanı”na təyin elədiyi razılaşdırılmamış aksiya ilə əlaqədar olaraq polis əməkdaşları ərazini nəzarətə götürüblər.
 
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, meydanın əksər yerlərində polis nəfərləri görmək mümkündür. Hazırda ərazidə xeyli sayda istirahətə gələn insan var. Meydanda jurnalistlər toplaşsa da, hələlik aksiya iştirakçılarından kimsə görünmür.
 
Aksiyanın “Parlament buraxılsın” şüarı ilə keçirilməsi nəzərdə tutulur.
 





17.11.2012    çap et  çap et