525.Az

Estoniyada 2025-ci ilin yazına kimi sursat istehsalına start veriləcək


 

Estoniyada 2025-ci ilin yazına kimi sursat istehsalına start veriləcək<b style="color:red"></b>

Estoniyada 2025-ci ilin yazına kimi sursat istehsalına start veriləcək.

525.az "Report"-a istinadən  xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Müsabiqəyə əsasən, bu layihənin icrası “Nitrotol” şirkəti tərəfindən həyata keçiriləcək.

Şirkət təxminən 8 900 kv.m sahədə istehsal müəssisələri tikməyi və onları lazımi avadanlıqla təchiz etməyi öhdəsinə götürüb.

Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib: “Mövcud təhlükəsizlik vəziyyəti bizdən Estoniyanın müdafiə sənayesini inkişaf etdirmək üçün sürətli addımlar atmağı tələb edir”.

Nazirin sözlərinə görə, ölkədə böyük müdafiə sənaye parkının yaradılması planı üzərində iş davam etdirilir.

 





17.11.2024    çap et  çap et