525.Az

"Qarabağ: folklor da bir tarixdir"


 

"Qarabağ: folklor da bir tarixdir"<b style="color:red"></b>

Folklor İnstitutunun əməkdaşlarının başlatdıqları Qarabağ layihəsi çərçivəsində "Qarabağ: folklor da bir tarixdir" çoxcildliyinin VIII cildi işıq üzü görüb. "Zərdabi" nəşriyyatında çapdan çıxmış kitabda Bakı Gəncə şəhərləri, Goranboy, Tərtər, Yevlax, Şamaxı, Bərdə Xızı rayonlarında məskunlaşan Kəlbəcər sakinlərindən toplanmış folklor örnəkləri yer alıb.

İnstitutdan "525"ə bildiriblər ki, kitabda nəsil-tayfa, əcdadlar, eləcə ayrı-ayrı kəndlərin təməlini qoyan şəxslər haqqında maraqlı nümunələr verilib. Kitabda yer alan "Qulf haqqında" təsəvvür, "Yeddi qardaş ilan" haqqında rəvayət, "Üç qardaş" nağılı, "Səməd Vurğunun Kəlbəcər səfəri" ilk dəfə çap olunan nümunələrdir. Bundan əlavə, "Lövhi-məhfuz", "Adam şeytan", "Musa peyğəmbər Qara qul", "Aşıq Alının Türkiyə səfəri" kimi bir çox mətnlərin ənənəvi variantlardan fərqlənən yeni variantları da yazıya alınıb. Bölgədən yeni süjetlərlə yanaşı, Şıx Səyad kimi yeni personaj da qeydə alınıbr. Şıx Səyad, Şıx Sədi, Şıx Sədin kimi müxtəlif adlarla təqdim edilən bu personaja nağıl qəhrəmanı kimi ilk dəfə bu bölgədə rast gəlinir. Toplanmış bəzi nümunələr həm bir çox janrların inkişafı haqqında müəyyən təsəvvür əldə etməyə imkan verir. Əsrik kəndindən qeydə alınan "Əsl dost" nağılı belə nümunələrdən biridir.

Mətn ənənəvi nağıl süjeti əsasında qurulsa da, məlum nağıllardan xeyli fərqlənir. Ənənəvi epik məkanlar burada real məkanla əvəz olunur (Yəmən, Misir kimi coğrafi adlar əvəzinə, Azərbaycan, Amerika kimi müasir coğrafi məkanlar işlədilir), hadisələr yaxın keçmişdə cərəyan etdiyindən müasir məişət elementləri, müasir dövrlə səsləşən bir çox sənət peşə adlarına burada tez-tez rast gəlinir. Arxaik nağıllarda qəhrəmanın milliyyəti olmadığı halda, burada onun milli mənsubiyyəti önə çıxarılır. "Əsl dost" nağılında müşahidə olunan bu cür dəyişikliklər, yəni nağılın fantastik donunu çıxararaq real məzmun kəsb etməsi, əslində, onu müasir dövrlə əlaqələndirmək ehtiyacından irəli gəlir.
 
Layihənin rəhbəri filologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), materialların toplayıcısı tərtibçisi filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir.

S.ABDULLAYEVA

 





13.11.2014    çap et  çap et