525.Az

Papua-Yeni Qvineyada 5,4 maqnitudalı zəlzələ baş verib


 

Papua-Yeni Qvineyada 5,4 maqnitudalı zəlzələ baş verib<b style="color:red"></b>

Papua-Yeni Qvineyaya aid olan Yeni İrlandiya adasının şərq sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 120 minə yaxın insanın yaşadığı adanın sahillərindən 30 km cənub-şərqdə, zəlzələ ocağı 63 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

 





18.11.2024    çap et  çap et