525.Az

Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib


 

Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib<b style="color:red"></b>

Ermənistanda Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan istefa verdiyini elan edib.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

"Təkcə Ali Məhkəmə Şurasının sədri vəzifəsindən deyil, həm də Şuranın üzvlüyündən imtina edirəm", - K.Andreasyan bildirib.

Onun sözlərinə görə, məhkəmə sistemindəki bütün hazırkı uğursuzluqlar orta müddətli perspektivdir, çünki bugünkü ədalətli ictimai tələbləri iki il ərzində təmin etmək mümkün olmayıb: "İnanıram ki, sabah güclü Ermənistanda ədalətli məhkəmə olacaq".

 





18.11.2024    çap et  çap et