525.Az

"Ədəbi fikrimizin korifeyi" anılıb - Fotoreportaj


 

"Ədəbi fikrimizin korifeyi" anılıb - <b style="color:red">Fotoreportaj</b>

Ötən gün Dövlət Mədəniyyət İncəsənət Universitetində  görkəmli ədəbiyyatşünas, tənqidçi ictimai xadim, akademik Məmməd Arifin anadan olmasının 110 illiyinə həsr olunmuş "Ədəbi fikrimizin korifeyi" adlı yubiley tədbiri keçirilib.

Tədbiri Universitetin rektoru, sənətşünaslıq doktoru, professor Fərəh Əliyeva açaraq Məmməd Arifin XX əsr Azərbaycan ədəbi tənqidi nəzəri-estetik fikri tarixindəki mövqeyindən bəhs edib: "Azərbaycan ədəbiyyatşünaslığı ədəbi tənqidinin təşəkkülü inkişafında Məmməd Arifin müstəsna xidmətləri var. O, Azərbaycan, rus dünya xalqları klassik ədəbiyyatını, ədəbiyyat nəzəriyyəsini, müasir ədəbi prosesləri, ədəbi-mədəni əlaqələri tədqiq edib".

Professor Nizaməddin Şəmsizadə "Tənqidçinin şəxsiyyəti ədəbi proses" adlı məruzəsində görkəmli alimin həyat yaradıcılıq yoluna nəzər salıb: "Məmməd Arif ədəbiyyata ötən əsrin 20-ci illərinin əvvəllərində yazdığı şeir, hekayə məqalələrlə gəlib. Həmin dönəmdə ədibin "Yurdsuz cocuqlar", "Son bahar təranələri", "Brodskinin boyaları", "Təyyarə mən", "İki nəşədən biri", "Həvəs" şeirləri, "Son izdivac", "Arakəsmə", "Mal həkimi", "Tar çalınır" hekayələri müxtəlif qəzet jurnallarda işıq üzü görüb, maraqla qarşılanıb. İlk məqaləsi 1923- ildə "Xızılı Məhəmməd Bağır" imzası ilə "Kommunist" qəzetində çap olunan Məmməd Arif, eyni zamanda, "Bədgümanam", "Belə getsə düzələr", "Elan", "Hövsələ", "Mərsiyə xəbərləri" felyetonlarını da "Məğmun Xızılı" imzası ilə "Molla Nəsrəddin" jurnalında dərc etdirib. 1925-ci ildən başlayaraq ədəbiyyatşünaslıqla bağlı əsərlərini Məmməd Arif təxəllüsü ilə qələmə alıb.

Alimin 1956- ildə işıq üzü görən "Cəfər Cabbarlının yaradıcılıq yolu" fundamental monoqrafiyasında ilk dəfə bu görkəmli ədibin Azərbaycan ədəbiyyatı tarixində rolu dəqiq, dürüst müəyyənləşdirilib, Məmməd Arifə cabbarlışünas-alim nüfuzu qazandırıb. "Səməd Vurğunun dramaturgiyası" (1964) monoqrafiyasında Məmməd Arif böyük şairin dram əsərlərini müfəssəl şəkildə tədqiq edib, onların ideya bədii-estetik xüsusiyyətlərinin bütün çalarlarını təhlil süzgəcindən keçirib oxuculara təqdim edib".

Professor bildirib ki, Məmməd Arif sözün əsl mənasında ədəbiyyatşünaslıq məktəbi, tənqid tənqidçilər məktəbi yaratmış şəxsiyyətdir:

"
Onun tənqidi yaradıcılığı Azərbaycanda estetik-nəzəri fikrin yoxluğu haqqında şüurlara yeridilən əsassız, cəfəng formullara son qoymaq üçün kara gələn ən dəyərli mənbədir. Məmməd Arif hələ 1930-cu illərdə ciddi, tələbkar, əsərə ədəbi prosesə yüksək ideya-estetik meyarlar səviyyəsindən yanaşan bir tənqidçi kimi tanınırdı. Eyni zamanda, Məmməd Arif mühafizəkarlıqdan uzaq bir tədqiqatçı tənqidçi olub,  gənc ədəbi qüvvələri həmişə dəstəkləyib, onların yaradıcılığına qayğı göstərib.
 
Qeyd etmək lazımdır ki, XX əsrin 60- illərində Azərbaycan ədəbiyyatının semantik fəzası genişlənməyə başlayanda Məmməd Arif bu prosesə böyük həssaslıqla yanaşıb, Azərbaycan şairləri arasında modernist, avanqard tipli poeziyaya meyli maraqla izləyib yeni təmayülləri araşdırmağa çalışıb. Görkəmli tənqidçi sərbəst şeir yazan qələm sahiblərini ciddi düşünməyə, ona ötəri moda kimi yanaşmamağa, ideyanı formaya qurban verməməyə, əhəmiyyətli mövzular üzərində işləməyə zəngin bədii obrazlar yaratmağa dəvət edirdi".

Professor Məryəm Əlizadə tədbirdə "Məmməd Arif ədəbi tənqid" mövzusunda məruzə ilə çıxış edib.

Xalq artisti, professor Azər Zeynalov, dosentlər Kəmalə Mehdiyeva, Gülağa Zeynalov universitetin "Aktyor sənəti" fakültəsinin tələbələrinin təqdimatında ədəbi-bədii kompozisiya sərgilənib. 

Sonda Məmməd Arifin nəvəsi, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə akademik haqqında xatirələrini bölüşüb Azərbaycan elminə göstərdiyi qayğıya görə dövlət başçısına öz minnətdarlığını ünvanlayıb.

Yubiley tədbirində akademikin zəngin çoxcəhətli yaradıcılığı müxtəlif aspektdən işıqlandıran, həyat fəaliyyətini geniş əks etdirən fotoslaydlar nümayiş etdirilib. Universitetin foyesində alimin kitablarından ibarət sərgi təşkil olunub.

S.ABDULLAYEVA

 





13.11.2014    çap et  çap et