525.Az

ABŞ-də bir gündə 2 silahlı insident, 3 ölü


 

ABŞ-də bir gündə 2 silahlı insident, 3 ölü<b style="color:red"></b>

Nyu Orleanda 1 saat ərzində ayrı-ayrılıqda baş verən 2 silahlı toqquşmada 2 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, birinci hadisə dünən yerli vaxtla 15:38-də (Bakı vaxtı ilə bu gün 00:38) baş verib.

Sakinlər Almonaster küçəsində güllə səsləri eşitmələri barədə polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 8 yaralının xəstəxanaya yerləşdirilməsinə köməklik göstəriblər. Daha 1 nəfər özü xəstəxanaya müraciət edib.

Bundan cəmi 45 dəqiqə sonra polisə həmin yerdən azacıq aralıda atışma olduğu barədə daha bir məlumat daxil olub. İkinci atışmada 2 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.

Qeyd edək ki, baş verən hadisələrlə bağlı cinayət işi başlanılıb. İnsidentlərin bir-biri ilə əlaqəli olub-olmadığı hələlik məlum deyil.

L.Tağıyeva

 





18.11.2024    çap et  çap et