525.Az

Hindistanda doğum evində yanğın - 10 körpə həyatını itirdi 


 

Hindistanda doğum evində yanğın - <b style="color:red">10 körpə həyatını itirdi </b>

Hindistanın Uttar-Pradeş ştatında faciə 10 yeni doğulmuş körpənin ölümü ilə nəticələnib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Chansi şəhərinin "Maxarani Lakşmi Bai" tibb kollecinin intensiv terapiya şöbəsində baş verib.

Elektrik xətlərində qısaqapanmadan sonra yaranan alov qısa zamanda bütün şöbəyə yayılıb.

Dünyasını dəyişən 10 körpənin hamısı inkubatorda imiş. Yanaraq ölən uşaqların 7-nin kimliyini müəyyən etmək mümkün olub. 3 körpənin kimliyinin müəyyənləşdirilməsi üçün DNT testləri aparılacaq.

Qeyd edək ki, yanğın zamanı şöbədə ümumilikdə 49 yeni doğulmuş uşaq var imiş. Onların 37-ni xilas etmək mümkün olub.

L.Tağıyeva

 





18.11.2024    çap et  çap et