525.Az

Berbok Rusiyaya kömək etdiyi üçün Çini hədələyib


 

Berbok Rusiyaya kömək etdiyi üçün Çini<b style="color:red"> hədələyib</b>

Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok Çini Ukraynada xüsusi əməliyyatlar zamanı istifadə üçün Rusiyaya pilotsuz təyyarələr verməkdə ittiham edib.

525.az xəbər verir ki, bu barədə N-TV telekanalı məlumat yayıb.

Berbokun sözlərinə görə, Berlin hesab edir ki, Pekin dronlar göndərməklə Moskvaya kömək edir.

“Bunun nəticələri olmalıdır və olacaq da”, - deyə Almaniyanın xarici işlər naziri bildirib.

Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri vəzifəsinə keçəcək Kaya Kallas qeyd etmişdi ki, Çin Ukrayna münaqişəsində Rusiyaya verdiyi dəstəyə görə daha ​​yüksək “qiymət ödəməlidir”.

Kallas vurğulayıb ki, Çinin dəstəyi olmasaydı, Rusiya Ukraynaya qarşı müharibəni bu cür intensiv şəkildə davam etdirə bilməzdi.

İbrahim Cəfərov

 





18.11.2024    çap et  çap et