525.Az

Türkiyədə cinayətkar dəstələrə qarşı əməliyyat keçirilib, 130 şübhəli saxlanılıb


 

Türkiyədə cinayətkar dəstələrə qarşı əməliyyat keçirilib, 130 şübhəli saxlanılıb<b style="color:red"></b>

Türkiyənin doqquz vilayətində beş müxtəlif cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

Bildirilib ki, “Kuyu-40” əməliyyatı nəticəsində 130 nəfər saxlanılıb, onlardan 99-u həbs olunub.

Əməliyyatlar nəticəsində həmçinin 40 sənədsiz tapança, 23 sənədsiz ov tüfəngi, çoxlu sənəd aşkarlanıb.

 





19.11.2024    çap et  çap et