525.Az

İranın bəzi bölgələrində yağıntılar 50-80 faiz arasında azalıb


 

İranın bəzi bölgələrində yağıntılar 50-80 faiz arasında azalıb<b style="color:red"></b>

İranın Xuzistan, Sistan-Bəlucistan, İsfahan, Kohgiluye-Buyer Əhməd, Çaharmahal-Bəxtiyari və Lorestan əyalətlərində yağıntıların miqdarı təxminən 50-80 faiz arasında azalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın Energetika Nazirliyinə bağlı Su Ehtiyatları İdarəetmə Şirkəti mövzu ilə bağlı son hesabatında ölkə daxilində yağıntı vəziyyətini qiymətləndirib.

Payız yağışlarının başladığı 20 sentyabr-15 noyabr dövrünü əhatə edən hesabatda Xuzistan, Sistan-Bəlucistan, İsfahan, Kohgiluye-Buyer Əhməd, Çaharmahal-Bəxtiyari və Lorestan əyalətlərində yağıntının nisbəti 52 faizdən 78 faizə enib.

Azalma tempi Şərqi Azərbaycan, İylam və Ərdəbil vilayətlərində 27-47 faiz, Əl-Borz, Buşəhr və Qərbi Azərbaycan vilayətlərində 18-25 faiz, Kirman və Zəncanda isə təxminən 5-7 faiz arasında olub.

Qeyd edək ki, səlahiyyətlilər, yağıntıların dəyişməsinin su ehtiyatlarına və kənd təsərrüfatına təsirlərinə diqqət çəkərək, planlı su idarəçiliyinə çağırıblar.

Malik Atilay 

 





19.11.2024    çap et  çap et