525.Az

Adilə Nəzərin əsəri əsasında “Səs” tamaşasının premyerası olacaq


 

Adilə Nəzərin əsəri əsasında “Səs” tamaşasının premyerası olacaq<b style="color:red"></b>

Dekabrın 3-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının Adilə Nəzərin “Axirətdən gələn səs” qəhrəmanlıq dramı əsasında hazırlanmış “Səs” tamaşasının premyerası olacaq.

Şəhid Vüsal Vəliyevin həyat və döyüş yolu haqqında yazılmış əsərə İftixar Piriyev “qeyri-səlis təbəddülat” janrında quruluş verib.

Səhnə əsəri Azərbaycanın qəhrəmanlıq salnaməsində zəfər zirvəsi olan 44 günlük Vətən müharibəsində şücaət göstərmiş şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.

Premyera Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində saat 19.00-da nümayiş olunacaq.

 

 





19.11.2024    çap et  çap et