525.Az

Rusiya yığması yenə də dünya çempionatına buraxılmayacaq


 

Rusiya yığması yenə də dünya çempionatına buraxılmayacaq<b style="color:red"></b>

Futbol üzrə Rusiya milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirak edə bilməyəcək.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə rusiyalı həmkarlarımızı UEFA-dakı etibarlı mənbə məlumatlandırılıb.

Bu il dekabrın 13-də Sürixdə keçiriləcək püşkatmada Rusiya millisinin adı yenə də olmayacaq.

Qeyd edək ki, UEFA və FİFA 2022-ci ilin yazında Ukrayna ilə münaqişə səbəbindən Rusiya klubları və millilərini bu qurumların bayrağı altında keçirilən bütün beynəlxalq yarışlardan uzaqlaşdırıb.

L.Tağıyeva

 





19.11.2024    çap et  çap et