525.Az

Amerikalıların 20 faizi xəbərləri sosial media fenomenlərindən alır


 

Amerikalıların 20 faizi xəbərləri sosial media fenomenlərindən alır<b style="color:red"></b>

ABŞ vətəndaşlarının təxminən 20 faizi xəbərləri mütəmadi olaraq sosial mediada “fenomenlərdən” alır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Pew Araşdırma Mərkəzi ABŞ-də 10 mindən çox şəxs arasında apardığı sorğunun nəticələrini və sosial media fenomenlərinin paylaşdığı yazıların təhlilindən əldə edilən nəticələri açıqlayıb.

Tədqiqat "Facebook", "Instagram", "YouTube", "X" və ya "Tik-Tok"da 100 000-dən çox izləyicisi olan insanların, o cümlədən podkastlarda və xəbər bülletenlərində müntəzəm olaraq cari hadisələri dərc edən və danışan hesabları araşdırıb.

Hesabatda məlum olub ki, ABŞ vətəndaşlarının təxminən 20 faizi və ya hər 5 amerikalıdan 1-i xəbərlərini mütəmadi olaraq sosial media fenomenlərindən alır.

Qeyd edək k, bu insanların əksəriyyəti heç bir media qurumu ilə əlaqəsi olmadığını deyib.

Malik Atilay 

 





19.11.2024    çap et  çap et