525.Az

İnqilab üçün heç bir əsas mövcud deyil - Gürcü politoloq


 

İnqilab üçün heç bir əsas mövcud deyil - <b style="color:red"> Gürcü politoloq</b>

Gürcüstanda inqilab üçün heç bir əsas yoxdur.

525.az xəbər verir ki, bu barədə politoloq Petre Mamradze bildirib.

“2003-cü ildə insanları elə qıcıqlandıran kütləvi korrupsiya baş verdi ki, bu, bütün əhali üçün böyük bir yük oldu. Onda Saakaşvili demaqoq və populist rolunu parlaq şəkildə oynadı”, - politoloq deyib.

Onun sözlərinə görə, indi bunların heç biri yoxdur. Əksinə, Gürcüstan iqtisadi artıma görə Şərqi yarımkürəsində birinci yerdədir.

Gürcüstan müxalifəti oktyabrın 26-da keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyasının qələbəsini tanımaqdan imtina edir. Onların fikrincə, seçkilər saxtalaşdırılıb. Amma bunu sübut edəcək əsaslı faktlar təqdim edilməyib.

Pərvanə Sultanova

 





20.11.2024    çap et  çap et