525.Az

Dünyanın ən bahalı alış-veriş küçəsi hansıdır?


 

Dünyanın ən bahalı alış-veriş küçəsi hansıdır?<b style="color:red"></b>

Dünyanın ən bahalı alış-veriş küçəsi müəyyənləşib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, “Cushman & Wakefield” konsaltinq şirkətinin apardığı araşdırmaya əsasən Milandakı Via Montenapoleone Dünyanın ən bahalı alış-veriş küçəsi adını qazanıb.

“Dünyanın ən məşhur küçələrinin reytinqi 2023-cü ildən bəri əhəmiyyətli dərəcədə dəyişib. Artıq Milanda yerləşən Via Montenapoleone Nyu-Yorkun Beşinci prospektini qabaqlayaraq dünyanın ən bahalı alış-veriş nöqtəsi oldu”, - deyə “Cushman & Wakefield” konsaltinq şirkətinin açıqlamasında bildirilib.

Həmçinin qeyd olunub ki, Via Montenapoleonedə icarə haqqı hər kvadratmetrə görə orta hesabla 20 min avroya çatıb. Nyu-Yorkun Beşinci prospektində bu rəqəm 19,5 min avro təşkil edir.

Bildirilir ki, Via Montenapoleonenin reytinqdə birinci yerə yüksəlməsi iki səbəblə bağlıdır - son bir neçə ildə kirayə qiymətlərində əhəmiyyətli artım və bu il Avronun dollara nisbətdə məzənnəsinin artması.

İbrahim Cəfərov

 





20.11.2024    çap et  çap et