525.Az

Polis itinin hücumuna məruz qaldı - 1 milyon dollar kompensasiya alacaq


 

Polis itinin hücumuna məruz qaldı - <b style="color:red">1 milyon dollar kompensasiya alacaq</b>

2020-ci ilin fevralında kosmetika mağazasından oğurluq etməkdə suçlanan Talmika Beyts adlı qadına zərərçəkən tərəf kimi 1 milyon dollara yaxın kompensasiya ödəniləcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Beyts 4 il əvvəlki oğurluqdan sonra polisdən qaçaraq kolluqda gizlənib.

Lakin polis iti onu aşkar edərək başından yapışıb.

Ağır xəsarət alan qadının başının dərisi demək olar ki, qopub. Xəstəxanaya çatdırılan Talmikanın başına həkimlər 200-ə yaxın tikiş qoyublar. Bundan başqa onda yüngül kəllə-beyin travması, psixi pozğunluq aşkarlanıb.

Maraqlıdır ki, it qadına hücum edərkən polislər heç bir tədbir görməyərək, olanları sakitcə izləyiblər.

Məhz bunu əllərində bayraq edən vəkillər məhkəməyə üz tutaraq həmin polislərin cəzalandırılmasını, eyni zamanda zərərçəkənə kompensasiya ödənilməsini tələb ediblər.

Məhkəmə Beytsə 967 min dollar ödənilməsi barədə qərar çıxarıb.

O ki qaldı polislərə, itə cavabdeh polisin hadisənin baş verdiyi Şimali Karolina ştatının Brentvud şəhər polis departamentindən uzaqlaşdırıldığı bildirilir.

L.Tağıyeva

 





20.11.2024    çap et  çap et