525.Az

Zelenski: Ukraynanın 1991-ci il sərhədlərini bərpa etmək üçün kifayət qədər qüvvəsi yoxdur


 

Zelenski: Ukraynanın 1991-ci il sərhədlərini bərpa etmək üçün kifayət qədər qüvvəsi yoxdur<b style="color:red"></b>

Ukrayna 1991-ci ildə olan sərhədlərini bərpa etmək üçün kifayət qədər qüvvəyə sahib deyil.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News”a müsahibəsində bildirib.

“Başa düşürük ki, hazırda silah gücü ilə Rusiyanı 1991-ci ildə olan sərhəd xəttinə qaytarmaq üçün kifayət qədər gücümüz yoxdur”, - Zelenski qeyd edib.

Onun sözlərinə görə, Kiyev itirilmiş ərazilərdən imtina etmək niyyətində deyil, lakin köhnə sərhədlərə çatmağın mümkünsüzlüyünün fərqindədir.

 





20.11.2024    çap et  çap et