525.Az

Fransada solçular yenidən Makronu hakimiyyətdən kənarlaşdırma prosedurunu başladıblar


 

Fransada solçular yenidən Makronu hakimiyyətdən kənarlaşdırma prosedurunu başladıblar<b style="color:red"></b>

Solçu blokun ən böyük partiyası “İtaətsiz Fransa” Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılması prosedurunu başlatmaq üçün yenidən müraciət edib.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Müraciət Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Bürosu tərəfindən təsdiqlənib.

Qeyd olunur ki, deputatlar müvafiq qətnaməni noyabrın 28-də təqdim etməyi planlaşdırırlar.

Xatırladaq ki, bu partiyanın nümayəndələri payızın əvvəlində oxşar təklif irəli sürmüşdülər, lakin sonradan bu təklif rədd edilmişdi. Təşəbbüs ölkə konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq prezidentin hakimiyyətdən kənarlaşdırılması prosedurunu nəzərdə tutur.

 





20.11.2024    çap et  çap et