525.Az

Məişət zorakılığı qurbanları üçün komissiya yaradılır


 

Məişət zorakılığı qurbanları üçün komissiya yaradılır<b style="color:red"></b> Azərbaycanda məişət zorakılığının qarşısının alınması üzrə Milli Strategiya və Fəaliyyət Planı hazırlanacaq.

Lent.az-ın məlumatına görə, bu, 2014-2015-ci illəri əhatə edən  “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda öz əksini tapıb.
 
Bu işlər Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Daxili İşlər nazirlikləri, BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçiriləcək.
 
Bundan başqa, ölkədə “Məişət zorakılığının qarşısının alınması haqqında”  qanunun  daha səmərəli icrasını təmin etmək məqsədilə rayon (şəhər) icra hakimiyyətlərinin nəzdində məişət zorakılığı məsələləri üzrə ixtisaslaşmış komissiyalar yaradılacaq. Onların fəaliyyətinin inkişaf etdirilməsi üzrə tədbirlər həyata keçiriləcək.
 





14.11.2014    çap et  çap et