525.Az

Nadal karyerasını bitirdi


 

Nadal karyerasını bitirdi<b style="color:red"></b>

Tanınmış ispan tennisçi Rafael Nadal peşəkar tennisçi karyerasını bitirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı idmançı son görüşündə Devis Kubokunun 1/4 finalında holland Botik van de Zandahulpa 2 setdə (4:6, 4:6) məğlub olub.

Görüşdən sonra azarkeşlərə müraciət ünvanlayan Nadal onu yaxşı insan kimi qəbul etdiklərinə ümidli olduğunu və həmişə dəstəklədiklərinə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, hələ oktyabrın 10-da sosial şəbəkə hesabında karyerasını bitirəcəyi ilə bağlı paylaşım etmiş Rafael Nadal tennis tarixinin ən titullu idmançılarındandır. O, təkli mübarizədə "Böyük dəbilqə" turnirində 22 dəfə qalib gəlib. Bu göstərici ilə 2-ci olan Nadal 14 dəfə Fransanın açıq çempionatının birincisidir. Həmçinin, onun kolleksiyasında "Qızıl dəbilqə" və olimpiya qızılı kimi prestijli mükafatlar xüsusi yer tutur.

L.Tağıyeva

 





21.11.2024    çap et  çap et