525.Az

Putin Şimali Koreyaya 70 heyvan bağışladı


 

Putin Şimali Koreyaya 70 heyvan bağışladı<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Pxenyan heyvanxanasına 6 növdən ibarət 70-dən çox heyvan bağışlanıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hədiyyə ölkənin təbii ehtiyatlar və ekologiya naziri Aleksandr Kozlovun rəhbərliyi ilə Pxenyan zooparkına təhvil verilib.

Hədiyyə paketinə 1 Afrika şiri, 2 qonur ayı, 2 yak, 5 kakadu, 25 qırqovul və 40 ördək daxildir.

Qeyd edək ki, Moskva və Pxenyan zooparkları arasında əməkdaşlıq 13 ildir ki, davam edir.  Bu əməkdaşlıq çərçivəsində son ən böyük çatdırılma cari ilin aprelində gerçəkləşib. Belə ki, ruslar Pxenyan heyvanxanasına bir neçə baş qartal, durna və tutuquşu göndərib.

L.Tağıyeva

 





21.11.2024    çap et  çap et