525.Az

Bayden Trampın işini çətinləşdirmək üçün eskalasiya gedir


 

Bayden Trampın işini çətinləşdirmək üçün eskalasiya gedir<b style="color:red"></b>

ABŞ-ın hazırkı prezidenti Co Bayden Ağ Evin yeni seçilmiş rəhbəri Donald Trampın gələcək prezidentlik müddətini çətinləşdirmək üçün ATACMS raketləri ilə bağlı qərar qəbul edib.

525.az xəbər verir ki, bu barədə ABŞ-ın “American Thinker” elektron jurnalının məqaləsində deyilir.

Nəşr qeyd edir ki, Ukraynadakı münaqişənin həlli variantı olmayan həddə çatdırılmasında məqsəd Trampın ikinci dəfə prezidentlik müddətində bəyan edilmiş hədəflərinə çatmamasına nail olmağa yönəlib.

Qeyd edək ki, noyabrın 17-də The New York Times Baydenin Rusiyanın dərinliklərinə uzaqmənzilli zərbələrin endirilməsinə icazə verdiyini yazıb. Daha sonra bu qərar rəsmi səviyyədə təsdiqlənib.

Pərvanə Sultanova

 





21.11.2024    çap et  çap et