525.Az

DİN Bakıda yol polisinin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb


 

DİN Bakıda yol polisinin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb<b style="color:red"></b> Daxili İşlər Nazirliyi (DİN) Bakıda yol polisinin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb.
 
525.az-ın DİN-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, noyabrın 14-də saat 01 radələrində Nərimanov rayonunun Y.V.Çəmənzəminli küçəsində Qusar rayon sakini Elman Beybutov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə həmin ərazidə xidmət aparan Bakı BPİ DYPİ-nin əməkdaşı, polis kiçik serjantı Yaşar Qocalını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
 
Sürücü saxlanılan zaman onun sərxoş olması müəyyən edilib.
 
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
 





14.11.2014    çap et  çap et