525.Az

"İnter" Dumfrislə yeni müqavilə imzalayır


 

 "İnter" Dumfrislə yeni müqavilə imzalayır<b style="color:red"></b>

"İnter" müdafiəçisi Denzel Dumfrislə müqaviləni uzadır.

QOL.az "Sky Sport"a istinadən xəbər verir ki, Niderland millisinin müdafiəçisi ilə razılıq əldə olunub.

Tərəflər arasında 2028-ci ilin iyun ayına qədər müqavilə imzalanacaq.

Qeyd edək ki, 28 yaşlı müdafiəçi bu mövsüm "İnter"in heyətində 14 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

 





22.11.2024    çap et  çap et