525.Az

Zelenski ABŞ-da seçkilərdən sonra ritorikasını yumşaldıb - The Telegraph


 

Zelenski ABŞ-da seçkilərdən sonra ritorikasını yumşaldıb  - <b style="color:red">The Telegraph</b>

Ukrayna prezidenti Vladimir Zelenski respublikaçı Donald Trampın ABŞ-da prezident seçkilərində qalib gəlməsindən sonra münaqişənin sona çatması ilə bağlı ritorikasını yumşaldıb.

525.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri yazıb.

Qeyd olunub ki, Zelenski Rusiyanı döyüş meydanında məğlub etmək üçün maksimalist ambisiyalardan və əraziləri güc yolu ilə qaytarmaq istəyindən əl çəkib.

“Biz on minlərlə insanımızı Krımın qaytarılması uğrunda ölümə göndərə bilmərik. Başa düşürük ki, Krım diplomatik yollarla qaytarıla bilər”, - Britaniya qəzeti Ukrayna liderinin sözlərindən sitat gətirib.

Zelenski onu da deyib ki, Ukraynadakı münaqişə indi Ağ Evə rəhbərlik edəcək komandanın siyasəti sayəsində daha tez başa çatacaq.

Bundan əvvəl, noyabrın 20-də Zelenski Ukraynanın “diplomatik vasitələrlə Krımı qaytarmağa” hazır olduğunu bildirib və dövlətin bunu güc yolu ilə etmək imkanına malik olmadığını etiraf edib. O, resurs çatışmazlığı səbəbindən Ukraynanın 1991-ci il sərhədlərinə çata bilməyəcəyini də etiraf edib.

Pərvanə Sultanova

 





22.11.2024    çap et  çap et