525.Az

Kovaçiç 1 aylıq sıradan çıxdı


 

Kovaçiç 1 aylıq sıradan çıxdı<b style="color:red"></b>

"Mançester Siti" ciddi itki ilə üzləşib.

QOL.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Mateo Kovaçiç zədələnib.

Klubun yaydığı açıqlamada bildirilib ki, xorvatiyalı futbolçu 3-4 həftə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm "şəhərlilər"in heyətində bütün turnirlərdə 15 oyuna çıxıb və 3 qol vurub.

 





22.11.2024    çap et  çap et