525.Az

"Salam verməyənlər, salamın mənasını bilmirlər..."


 

ADİL ƏLİYEV: "SALAM İKİ MÜSƏLMANIN QARŞILAŞDIĞI ZAMAN BİR-BİRİNƏ DEDİKLƏRİ İSLAMİ ŞÜARDIR"

"Salam verməyənlər, salamın mənasını bilmirlər..."<b style="color:red"></b>

"Son zamanlar cəmiyyətimizdə yeni bir problemin sürətlə inkişaf etdiyinin şahidi oluram. Yəni, insanların bir-birinə salam verməmələrini kənardan görürəm".

Bunu Milli Məclisin (MM) deputatı Adil Əliyev qeyd edib. "Doğrudur, bəlkə bu problemlə tək mən rastlaşıram. Salam verməyənlər qonşuluqda da var, yerində var, restoranda da var, idmanda da var. Hətta, FB-da salamsız-sabahsız muraciət edənlər var, özü qədər istəyirsiniz...".

A.Əliyevin bildirdiyinə görə,  yəqin salam verməyənlər, salamın mənasını bilmirlər. O, qeyd edib ki, salam tanışlıgın yaşıl işığıdır. "İki nəfər bir-biri ilə qarşılaşan, baxışları bir-birinə toxunan gözləri bir-birinə sataşan zaman sədaqətin, məhəbbətin qardaşlığın ilk əlaməti salam verməkdir... Salam qarşı tərəfə onun sağlığını xeyrini istəməyin barədə xatircəmlik verməkdir. Salam verməklə qarşı tərəfə "mən sənin xeyrini istəyirəm, sənə zərər verən, kin saxlayan düşmənin deyiləm" deyirsən. Çünki "salam" sözünün əhatəsində bu sözlərin hamısı var.  Həmçinin, salam iki müsəlmanın qarşılaşdığı zaman bir-birinə dedikləri islami şüardır.

Peyğəmbərimiz
(s) buyurmuşdur ki,  salamı kiçiklər böyüklərə, bir nəfər iki nəfərə, az saylı toplum çox saylıya, minikdə olan piyadaya, yoldan keçən dayanmış olana, ayaqüstə duran oturmuş şəxsə verməlidir.

Salam
verən zaman uca səslə aşkar bir sürətdə salam verin. Deməyin ki, salam verdim, lakin cavabımı vermədilər,  mümkündür ki,  salam vermisiniz, lakin onlar eşitməyiblər...Bir bilməliyik ki, salam vermək müstəhəb olduğu halda, cavabını vermək vacibdir...".

K.HƏMZƏOĞLU

 





14.11.2014    çap et  çap et