525.Az

Keçmiş prezident dövlət çevrilişinə cəhddə ittiham olunur 


 

Keçmiş prezident dövlət çevrilişinə cəhddə ittiham olunur <b style="color:red"></b>

Braziliyanın federal polisi ölkənin keçmiş prezidenti Jair Bolsonara qarşı 2022-ci ildə dövlət çevrilişi cəhdinə görə ittiham irəli sürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan başqa eks-prezident daha bir neçə qanun pozuntusunda günahlandırılır.

Hüquq-mühafizə orqanlarının fikrincə,  Bolsonarın əsas məqsədi hazırki prezident Luis İnasiu Lula da Silvanın andiçmə mərasimini pozması olub.

Ümumilikdə bu işlə bağlı 37 nəfərə qarşı ittiham irəli sürüldüyü bildirilir.

Qeyd edək ki, Jair Bolsonar daha əvvəl dövlət əmlakını mənimsəməkdə günahlandırılıb.

L.Tağıyeva

 





22.11.2024    çap et  çap et