525.Az

“Sən bir çiçək olsan, mən bir yaz olsam”


 

“Sən bir çiçək olsan, mən bir yaz olsam” <b style="color:red"></b>

oraras@aol.com

Səhər erkəndən yola çıxmalıydıq. Güya axşamdan hazırlanıram. Əslində hazırlanmaq sözü bir bəhanə. Evdə o otaqdan bu otağa dolanıb dururam. Axşamdan dilimə yamanmış yanıq bir türkü heç cür yaxamı buraxmır. Bilirəm ki, bu melodiya , bu sözlər məni yatmağa qoymayacaq! Allahım nədir bu türkülərin əlindən çəkdiyim?  Daha bir yuxusuz  gecəyə  mərhaba!

Sən bir çiçək olsan, mən bir yaz olsam!“

Ustad Aşıq Veysəlin sanki ərşdən gələn yanıq, müdrik insanı uçurumlardan qurtaran səsi ruhumun qapısında durmuş məni imtahan edir. Eşqdən məni dara çəkən Ustad, az qala qəlbimi yerindən çıxarıb başıma vuracaq! Gərildikcə gərilirəm. Nəcip Fazilin bir dördlüyü gəlir dilimə:

Ateşten zehrini tattım bu oxun

Bir anda kül etti can elmasımı

Sanki burnum değdi burnuna yoxun

Kustum öz ağzımdan kafatasımı!

Yoo! Bu bir az çox oldu mənə! Fəlsəfənin odlu suallarına təhəmmülüm yox.Yenə varsa yoxsa Veysəl...Anadolunun Dədə Ələsgəri!

Hər sabah hər sabah suya gedərkən

Yar yolunda torpaq olsam, toz olsam.

Baxıb dörd köşəyə seyran edərkən

Qara qaş altında ala göz olsam!

Ruhumu alt-üst edən melodiyayla yatağa girirəm. Sağa dönürəm Veysəlin səsi...Sola dönürəm xalqımın yovşanlı çöllərdəki iki min illik tək yoldaşı sazın mələrtisi...Elə sərxoşam ki, bir yata bilsəm! Gözlərimi sıxıb yumuram. Saz məni tellərinə sarmış alıb götürür. Aha, burası İğdır, burası doğulduğum, amma çiçəklərini, güllərini, otlarını, ağaclarını ölümünə qoxlayammadığım, doyammadığım,  qurban olduğum yerlər, Quzugüdən...Yenə tozlu yollar upuzun, bəyaz qovaq ağacları... Məni sərxoş edən bəlkə bu bəyazlıq... Bəyazlıq ərşə uzanıb gedir....Bir an Rəşad bəyin gülümsər siması qarşımda durur.

Sənə görə beş dəqiqə gecikdik!

Mənə görəmi?

Hələ yuxudayammı? Bəs o bəyazlıqlar, o səs, o saz? Yoxlar...Bir tək dilimdə hələ o misra:

Sən bir çiçək olsan, mən bir yaz olsam!”

Bir çiçəklə yaz gəlməz,”- demiş atalarımız, amma olsun, Ustad, olsun! Eşq üçün yazlar oldu yazlar payızlara döndü!

Yola çıxırıq. Evlər, küçələr, insanlar, şəhər arxada qalır. Dümdüz yollardan təpələrə dırmanırıq. Buralar haradır?  Bibiheybət”- deyir birisi... Qurban Səid düşür yadıma... Onun Əlixanı  gəzdirdiyi yerlər... Bir müddət yoxuşdan sonra yenə düzənlik başlayır! Geniş yoldakı tabel Qazax Gəncəni göstərir. Ah, Gəncə, ah! 22 yaşım 22 il öncəki ilk yolçuluğum gəlir ağlıma... Mən xəyallarım melodiyalarımla boğuşarkən bir səs məni özümə gətirir.

Sən heç Qobustanda olmadın, deyilmi?

Olmadım, deyirəm.

Dönüncə gedərik.

Sanki yuxudan yeni  oyanmışcasına dönüb mənimlə danışana baxıram. Mənim baxışımı görən sürücü yan gözlə mənə baxıb şirin-şirin gülümsəyir. Bir an utanıram. Əcəba hələ yuxuda olduğumu hiss etdimi? Günahkar kimi bir şeylər anlatmağa başlayıram. Anlatdığım  əhvalatmı, nağılmı, bilmirəm... Elə-belə söylənmiş sözlər....

Bu səs Veysəlin səsinə qarışıb gedir. Maşın bir az daha sürətini artırır. Bu səsi duyalı çox olmadı. Bir kitab təqdimatında duydum ilk kəs bu səsi... Sanki Veysəli xatırladırdı bu səs... İçdən gələn şeir qoxan bir səs....O kitab təqdimatında yanyana oturmuşduq. Simsiyah bir kostyum geymiş içimizdə tək qalstuk taxan oydu. Burəsmilikdiqqətimi çəkmişdi. Orada iştirak edən hər kəs  birbiri haqqında upuzun təriflər yağdırırdı, amma bu adam susurdu. Çox keçmədən qalxdı bizimlə vidalaşdı. Mənə əlini uzadarkən: “Yenə görüşərik”- dedi.”Oldu, görüşərik”.- dedim. Bu sözləri çox duymuşdum. “Yenə görüşərikdeyənlərlə nədənsə bir daha bir neçə il sonra təsadüfən görüşə bilirdim. Amma burəsmigeyimli adam gerçəkdən çox keçmədən məni axtarıb tapdı yenidən görüşdük. Görüşdük, amma çox danışmadıq. Bakının məşhur tıxacında qalmış görüş yerinə 2 saat  gec, yorğun-arğın gəlib çıxmışdı.Yarım saata qədər oturduq, iki kitabını verdi ayrıldıq. Evə gəldim. Onun yorğunluğu sanki mənə siraət etmişdi. Televizorun qarşısına uzandım. Anlamsız bir televiziya serialındakı süni dialoqlar məni özümdən çıxardı. Əlimi masanın üzərinə atdım. Kitablardan birini alıb qarışdırdım. Mənə verilən kitabları oxumasam, yazarına, yazarın əməyinə, ədəbiyyata, sənətə xəyanət etmiş sayıram özümü.Bu səbəblə verilən kitablar məni sarmasa belə yazarına olan sayğımdan dolayı mütləq başına, ortasına, sonuna baxaram. Əlimə keçən ilk kitab şeir kitabıydı! Azərbaycan maşallah başdan-başa şairlə doluydu. Bu ölkədə şeir yazmayan bir insan varmı görəsən? Suyundan, çörəyindənmi, yoxsa dərdindən, kədərindənmi nədir, hər kəs şeir yazır? Doğrusu kitaba bir az da o duyğularla baxdım. İlk şeirin bir bəndini oxudum. Sonra kitabın səhifələrini çevirdim. Ortadan bir bənd daha...

Ovulub tökülür qala divarı

Deyəsən, onunla heç kim danışmır.

Yanında bir ağac- yarpağı sarı

Deyəsən onunla heç kim danışmır

Ağacın altında düşgün bir qarı

Deyəsən onunla heç kim danışmır...

Hmmm...Bu şair rəssammı əcəba? Bu gözəl təsvir! Altı misrada bu qədər rəng, bu qədər yalnızlıq, bu qədər tərkedilmişlik, bu mövsüm bu qədər keçmiş illər necə bu qədər yan yana gələ bilmiş?

Kitabın üz qabığının içinə baxıram...30 kitabın müəllifi...Amma rəssam deyil. Kəlmələri fırça kimi gəzdirmiş rəsmin üzərinə... Necə demiş millətimizin düşməni qoca Firdovsi?

Fələk ehsan dedi, mələk afərin!”

Ö biri şeirlərə baxıram. Olar , ilham pərisini bir dəfə öpən o qədər şair var ki!

Qoxusu birdir gülünün

At ilinin, it ilinin

Qoy qəmimiz Füzulinin

İncə qəzəlindən gəlsin!

Gəlsin, baxaq! Eşq yolunda

qəmlər necə xoşdur!

Ey Füzuli, qam-ı hicr ilə

pərişandır hal

Kimsə agah deyil, hal-i pərişanımdan!

Ustad, tapdıq agah olanı...Rahat yat!

Şeirlər axıb gedir dilimdən...”Yaşakitabını bir sağa çevirirəm, bir sola...Eynən yuxusuz gecələrimdə başımı yastıqda döndərdiyim kimi... Biragahtapmışam, buraxarammı? Amma bu qədər şeir yenə yuxusuz qoyacaq məni...Həyat yoldaşım pərişan könlümdən xəbərdar qarşıma keçib başını sallayır:

Yenə yuxusuz qalacaqsan”- deyir.

etməli? Şeirmi, yuxusuzluqmu?

Arada bir qadın sözü dinləməli, deyilmi?

Oldu, oxumayacağam, deyirəm.

Televiziya kanallarını yuxarıdan aşağıya, aşağıdan yuxarıya birbir qarışdırıram. O biri kitab  masanın üzərində durur. Bir gözüm kitabda. Şeiri gözəl,  nəsri necədir görəsən? Bu maraq duyğusu ki var, adamı öldürər! Pultu kreslonun üzərinə atıb kitabı açıram.Təsəllim bu olur: “Bir bölüm oxuyar, sonra yatağa gedərəm”. ÖncəKomandirin meymununu oxuyuram, sonraÖlümlə zarafatı...”Namiq Abdullayevə gəlincə durub bir az nəfəs alıram. Saat gecənin yarısı... OtaqdaNamiq Abdullayevin ruhu dolaşır sanki...Aman Allahım! Bir insan bu qədərmi içdən canlı təsvir olunar? Bu bəla şair böylə! HələUsta Yusifin kamançası”.... Komediyamı, drammı? İkisi ... Bu xalqın zəifliyi, yoxsulluğu, sarkazmı, ölümə meydan oxuması, cəsarəti bütün sevimliliyi bu kiçik hekayəyə sığmış. Var ol, şair!

Yol uzandıqca gözlərim dağların ətəklərinə qədər uzanıb gedən çöllərə daldıqca hekayələri yenidən oxumuş kimi oluram. Bu torpaqların tozu duzu bu hekayələri yazdırmış. Dalğınlığımı Rəşad bəyin səsi dağıdır.

Şəhərə varmadan bir çay içsək!

Şair sükanı ən yaxın istirahət yerinə doğru döndərir. Maşın durunca təmiz hava almaq üçün tələsirəm. Sanki ətrafı sarmış qamışlardan qopub gələn təmizlik tazəlik ruhumu yenidən ayağa qaldıracaq. Ətrafa baxıb dərindərin nəfəs alıram. Bizim arxamızdan gələn o biri maşınlar da dayanır. Gənc hekayəçi Pərvin, şair Rasim Qaraca Səlim Babullaoğlu da maşınlardan enirlər. Pərvinlə bu ikinci görüşüm. Rəşad Məcid onun üçüngənclərin içində ən istedadlılardan biridirdeyir. Qalın qara çərçivəli eynəyi ilə yetkinliklə  gənclik arasında bir görüntü verən Pərvin kiçik hekayə kitabıQar yağacağı imzalayıb mənə verir. Rasim Qaraca ilə bu ikinci görüşümüz. Çənəsindəki saqqalı çoxalan bəyaz saçlarıyla insana daha çox güvən verir. “Alatoranın yeni sayını uzadır. Bu sayı sadəcə müasir alman ədəbiyyatına ayrılmış. Tərcümələrdən başqa orijinal mətnlər verilmiş. Qısaca bir göz gəzdirirəm, tərcümələr mükəmməl! onun bir neçə misrası dilimə gəlir, amma o, duymur.

Sevgi dolu bu ürəyə

Yerin altı dar olacaq !

Mərmər üstə qara şeir

Buz tutacaq, qar olacaq!

Səlimi uzun zamandır tanıyıram.Türkiyədə sənətçi çevrələrində tanınır. Çalışqan əzimli. Amma nədənsə onun son dönəm çalışmalarından elə xəbərim yoxdur.Yanında kitab da gətirməyib.

Çay içmək üçün içəri girincə iki nəfərlə daha tanış oluram. Biri Varis adında gənc bir yazar. Bir neçə roman yazmış. Son romanı “77- ci gün”.  İkinci şəxs isə simadan hər kəsin o andacatanıyıramdeyə biləcəyi biri. Simpatik, gülümsər üzlü, zarafatcıl olduqca söhbətcil... Masamızda mikrafon yox, amma sanki əlində mikrafon varmış kimi məclisin liderliyini ələ alır. İlk kəs tanıdığı mənim kimi birinin belə qanına girib güldürə bilir.

Rəşad bəy: “Onu tanıyırsanmı?” – deyə soruşur.Tanımıram, amma sanki minillik tanış birisi kimi. Sanki insanlarla dost olmaq üçün yaradılmış. Anadangəlmə istedad beləsinə deyərlər.

O, əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramovdur,” deyir Rəşad bəy.

Çaylarımızı içib yola çıxırıq. Çox keçmədən ana yoldan ayrılıb Hacıqabula giririk. İlk kəs gəldiyim bir yer. Hər yerə diqqətlə baxıram. Küçələrdəki insanlar sanki bizim kənddə yaşayanların əkiz qardaşları kimidirlər. İcra Hakimiyyəti binasının önündə icra başçısı Əhməd Muxtarov bizləri qarşılayır. Bütün gözlər şairdə... Bizlər dodaqlarımızdakı təbəssümlə olub bitənləri izləyirik. Şair bu torpaqların övladı. Buraya toplanan insanların qanından, canından biri.. Haqlı bir qürur var üzlərində...Mədəniyyət Sarayını ağzına qədər dolduran Şairin yerliləri bizləri sanki qucaqlayırlar. Gülüşləri əl sıxmalarıyla bütün səmimiyyətlərini ürəyimizə doldururlar.  Çox keçmədən Şairin təqdimi başlayır. Rəşad bəy mərasimə qısa bir girişlə başlayıb, sözü Ağalar Bayramova verir. İnsan şeiri necə bu qədər içdən oxuya bilər, Allahım?  Əlləri, ayaqları, başı, dili, dodaqları şeirlə bütünləşib sanki şeirin ritmiylə hərəkət edirlər. Arada əhvalatlar söyləyərək izləyiciləri qəhqəhələrə boğarkən: “Aranına, dağına, gözəl Qarabağına, ad qoyub can deyiblər, Azərbaycan deyiblər,” dediyində gözlərimizi yaşardır.

Ardından şair çıxır səhnəyə...Kəlmələri eynən içindən çıxdığı insanların ürəkləri kimi sımsıcaq məna dolu. Təmkinli duruşu sakit halı insana cəsarət aşılayır. Kimsəni göylərə qaldırmadan mütəvazi sözləriylə əməyi keçən hər kəsi salamlayır bir az utancaq, bir az da duyğulu rəftarıyla şeirlərindən parçalar oxuyur:

Söyləyim mənmi daha neyləyəcək istiqlal

Əjdər Oldum, bizi biz eyləyəcək istiqlal !

Əjdər Ol olan şairə Pərvinə Rəşad bəy Avrasiya Yazarlar Birliyi tərəfindən verilən mükafatları təqdim edir. Sonra Şairin əsərindən hazırlanmış ssenari əsasında rejissor Bəhram Osmanlının çəkdiyi, bizləri həm qəhqəhəyə boğan,  həm ürəyimizdə bir sızıltı buraxanUsta Yusifin kamançasıfilmini izləyirik.

Rasim Qaraca, Səlim Babullaoğlu Ağalar bəy bizlərdən ayrılırlar.

Yenidən yol yenidən mənim bitməztükənməz xəyallarım... Ürəyimi işğal etmiş tozlu uzun, bəyaz qovaqlarla dolu kəndim... Amma artıq boş yalnız deyiləm o xəyal dolu yollarda. Hacıqabulun doğub böyütdüyü bir şair var yanımda o şair kəndimizlə dolu duyğularımı bölüşür.

Qobustana varırıq. Qoca dağlar, dilə gəlmiş qayalar, minlərcə il öncəsini gözlərimizin önünə gətirən cizgilər... Hey mənim tarix fışqıran, insan qoxan məmləkətim, Azərbaycanım, hey!

 Şair mənə hədiyyə olaraq muzeydən bir daş alıb verir. Daşın üzərində ələlə tutmuş atalarımızın rəsmi var. Bəlkə mənim dinlədiyim sazı onlar da dinləyibhey heydeyə hayqıraraq oynayırlar. Ustad Veysəl gəlib qayalardan birinin başında oturur. Əlində minillik sazı...Melodiya hamımızın ürəyini bir dağa çevirmiş.

Sən bir çiçək olsan, mən bir yaz olsam!”

Rəşad  bəyin, Pərvinin, Bəhram Osmanlının üzlərinə baxıram...  Həyat qəribə, həyat sirli , həyat gözəl şirin!..  Hər birimiz  bir yerdən qopub gəlmişik duyğularımızla bir dağ başında eyni türkünü oxuyuruq. Şair uzaqda dayanıb  gülümsəyir. Hansı duyğunu, hansı fikri, hansı melodiyanı görəsən bişirib şeirə çevirir? Yunus boş yerəYunus miskin çiy idik, bişdik əlhəmdulillah,“ deməmiş. Şair  Əjdər olmuş, “Ololmuş, bişmiş, Yunusun yolunun yolçusu olmuş. Yaxşı ki belə olmuş.

Yolçu yolunda gərək!

Sabah gəlim?

Yox! Hələ bu gündü.

Bu gün gəlim?

Yox!

Bəs vaxt?

İndi !

Gəlirik, Əjdər  Ol, gəlirik! Şeirlə, sazla, sözlə, günəşlə, dağla, düzlə...Gəlirik sənlə, insanla Azərbaycanla... Bu təmiz bişmiş duyğuların heç dəyişməsin, şairim!

 





18.11.2012    çap et  çap et