525.Az

"Fizika və lirika: dünya təcrübəsi və Azərbaycan reallıqları"


 

Bakı Elm Festivalı - 2014

"Fizika və lirika: dünya təcrübəsi  və Azərbaycan reallıqları"<b style="color:red"></b>

Məlum olduğu kimi, hələ XX əsrin yetmişinci illərindən etibarən keçmiş Sovetlər İttifaqında Avropa ölkələrində mətbuat səhifələrində fiziklərlə liriklərin mübahisəsi başlanıb. Lirika ustadları, incəsənət xadimləri sxematik, quru hesablamalardan ibarət olan, romantikadan kənarda qalan dəqiq elmlərin, xüsusən fizikanın yeni insanın formalaşmasında, şəxsiyyətin mənəvi dəyərlərinin inkişafında rolunun az olması barədə iddialı mövqe ilə çıxış ediblər. Fiziklər, geniş mənada isə texniki elmin təmsilçiləri eyni zamanda lirikləri, humanitar düşüncənin daşıyıcılarını dövlətin, iqtisadi-texniki tərəqqinin inkişaf etdirilməsindən uzaqda qaldıqlarını diqqət mərkəzinə çəkiblər. Bundan başqa, fiziklər bu qənaətdə idilər ki, təbiət elmləri sırasına daxil olan fizika elmi özünəməxsus gözəlliyə malikdir. Hətta təbiəti kainatı öyrənən fizikaya bələd olmadan yaxşı şair ola bilməyin qeyri-mümkünlüyü  ilə bağlı iddialar da meydana çıxıb. 1959-cu ildə "Komsomolskaya pravda" qəzetində açılan mübahisə yetmişinci illərə qədər davam edib. Mübahisələrdə Yevgeni Yevtuşenko, Andrey Voznesenski, Bella Axmadullina, Robert Rojdestvenski, Bulat Okucava, Aleksandr Qalk, Novella Matveyeva başqaları kimi tanınmış ədəbiyyat xadimləri iştirak ediblər. Nobel mükafatı laureatları Lev Landaunun, Albert Eynşteynin fizikada fantaziyanın, romantikanın rolu barəsindəki fikirləri diqqət mərkəzinə çəkilib. Boris Slutskinin, Mark Lvovskinin "Fizika lirika" şeirləri ictimai-ədəbi mühiti daha da qızışdırıb. Digər xalqların elmində ədəbiyyatlarında da fizika lirika problemləri mübahisə obyektinə çevrilib. O cümlədən, Azərbaycanda da fizika lirikaya qoşa  qanadlar kimi baxanlar da, bu sahələrdən birini digərindən üstün tutanlar olub. On ildən çox davam edən mübahisələrdən sonra belə qənaətə gəlinmişdir ki, texniki elmləri təmsil edənlərin romantika fantaziyasının olması, liriklərin isə təbiət kainat ətrafında müşahidələri ilə yanaşı biliklərə yiyələnmələri elmin , ədəbiyyatın da xeyrinədir, zənginləşməyə inkişafa xidmət edir. Məhz bu mübahisələrin zəminində ideologiyaya deyil, insana, təbiətə kainata həsr edilən böyük ədəbiyyatın meydanı genişlənmiş, romantikası, fantaziyası, bədii düşüncəsi ilə fərqlənən yeni fiziklər (həm riyaziyyatçılar) nəsli yetişib. Nəticədə elmilik bədii fantaziya meyarları elmin ədəbiyyatın taleyində iştirak edib, hər iki istiqamətin inteqrasiyasında inkişafında mühüm rol oynayıb. Bütün bunlara baxmayaraq, fizika lirika problemi fiziklər, ədəbiyyatşünaslar tərəfindən xüsusi olaraq ayrıca elmi-nəzəri problem kimi tədqiq edilib öyrənilməyib. Bu mənada "Bakı Elm festivalı - 2014" proqramı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında keçirilmiş "Fizika lirika: dünya təcrübəsi Azərbaycan reallıqları" elmi konfransı həmin problemin araşdırılıb ümumiləşdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir.

Elmi konfransı giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli "Fizika lirika: elmi düşüncədə bədii fantaziya lirikada kainat" mövzusunda problemin qoyulmasına dair məruzə ilə çıxış edib.

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, müxbir üzv Nazim Məmmədov "Elmin ədəbiyyatın inkişafında fizika lirikanın rolu" mövzusunda məruzə ilə çıxış edərək elmdə bədii fantaziyanın, romantikanın rolundan söz açıb.

"Fizika lirika: dünya təcrübəsi Azərbaycan reallıqları" elmi konfransında 14  məruzə dinlənilmişdir. Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmmədin "Fərqli ədəbi metod cərəyanlarda təbiət hadisələrinin qəhrəmanın əhval-ruhiyyəsi ilə əlaqələndirilməsi", filologiya elmləri doktoru, professor Məmməd Əliyevin "Şeirşünaslıq fiziki-riyazi üsullar", filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubovanın "Fizikada "Kvant nəzəriyyəsi" bədii ədəbiyyat", Fizika İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyevin "Lirikada fizika dünyəvilik" mövzusundakı məruzələrində fizika lirika problemlərinə metodoloji baxışlar bu sahədəki dünya təcrübəsi öz əksini tapıb. "Poeziya günəş" mövzusunda dinlənilən iki məruzədə - filologiya üzrə fəlsəfə doktorları Elnarə Akimova Yaşar Qasımbəylinin təqdimatlarında mövzuya fərqli orijinal yanaşmalar ifadə olunub.

Digər məruzələrdə "fizika lirika" problemi konkret ədəbi elmi şəxsiyyətlərin təcrübəsində şərh edilib. Nizami adına Ədəbiyyat İnstitutundan Cavidə Məmmədovanın "İmadəddin Nəsiminin yaradıcılığında fizika fəlsəfi fikrin vəhdəti", Lalə Əlizadənin "XI-XII əsr Azərbaycan şairlərinin lirikasında fizika astronomiyaya dair düşüncələr", Fizika İnstitutundan isə Nazilə Süleymanovanın "Akademik Həsən Abdullayev ədəbiyyat" mövzularındakı məruzələrində mövzu ilə bağlı Azərbaycan reallıqları, mövcud elmi ədəbi təcrübə ümumiləşdirilib. Bundan başqa, Rasim Nəbioğlunun "Azərbaycan poeziyasında Bahar Novruz", İmaməddin Əmiraslanovun "Kristallar, kvazikristallar türk xalq sənəti" mövzusundakı məruzələri "fizika lirika" probleminin özünəməxsus mozaikasını təqdim etməyə imkan yaradıb.

Naxçıvan Dövlət Universiteti ilə qurulan canlı videobağlantı vasitəsilə həmin universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru,    dosent Mübariz Nuriyevin "Görkəmli fizika alimləri lirika haqqında" onlayn məruzəsinin dinlənilməsi maraqla qarşılanıb.

"Bakı Elm Festivalı - 2014" proqramı çərçivəsində təşkil olunan elmi konfransda Folklor İnstitutunun "İrs" ansamblının ifasında xalq mahnıları muğamların səsləndirilməsi, saz havalarının dinlənməsi, orta məktəb şagirdlərinin bədii qiraəti "fizika lirika" mövzusuun daha dərindən aydınlaşdırılmasına şərait yaradıb. Fizika, riyaziyyat, ədəbiyyatşünaslıq, kristalloqrafiya, musiqişünaslıq, fəlsəfə, folklorşünaslıq elmlərinin sintezi təması əsasında məruzələr müsir mərhələdə elm sahələri arası əlaqələrin əhəmiyyətini göstərməklə bərabər, bu istiqamətdə olan tədqiqatların davam etdirilməsi zərurətini nəzərə çarpdırıb.

Təşkilat komitəsi "Fizika lirika" elmi konfransının hər il keçirilməsini konfransın materiallarını kitab halında çap edilməsini qərara alıb.       

 





14.11.2014    çap et  çap et