525.Az

İlon Mask özünə məxsus rekordu yenilədi


 

İlon Mask özünə məxsus rekordu yenilədi<b style="color:red"></b>

Amerikalı iş adamı, "Tesla" və "SpiceX"in yaradıcısı İlon Mask özünə məxsus rekordu yeniləyib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, indi onun sərvəti 348 milyard dollar dəyərindədir.

Bununla da o, 2021-ci ilin noyabrındakı 340 milyard sərvətini 8 milyard artırmış olub.

Yeri gəlmişkən, Mask dünyanın ən varlı 2-ci şəxsini əhəmiyyətli dərəcədə qabaqlayır. Belə ki, "Amazon"un təsisçisi Ceff Bezosun sərvəti 219 milyar dollar dəyərindədir.

L.Tağıyeva

 





23.11.2024    çap et  çap et