525.Az

Yaponiya sahillərində zəlzələ


 

Yaponiya sahillərində <b style="color:red">zəlzələ</b>

Yaponiyanın Honsü adasının şərq sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 220 min insanın yaşadığı Xatinoxe şəhərindən (Aomori prefekturasının şimalı) 96 km cənub-şərqdə, zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

 





24.11.2024    çap et  çap et