525.Az

Şeyx narahatdır


 

Şeyx narahatdır<b style="color:red"></b> Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Din Xadimlərini Təkmilləşdirmə Kurslarının növbəti - dördüncü buraxılışı olub.

İdarədən Lent.az-a verilən məlumata görə, QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə kursların fəaliyyətini Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirib və bu layihəyə verdiyi maddi-mənəvi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Təkmilləşdirmə kurslarını bitirən müdavim-ruhanilər qarşısında böyük öhdəliklər var.  İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, bəzi gənclərimiz bizlərdən uzaqlaşaraq təsir altına düşür və cihad adı ilə başqa ölkələrə yollanırlar. Biz dinimizi düzgün təbliğ etsək belə halların qarşısı alınar”.

Şeyxülislam təkmilləşdirmə kurslarının din xadimlərinin bilik və dünyagörüşü səviyyəsinin daha da artırılması baxımından olduqca mühüm rol oynadığını və bu kursların bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Sonra QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev müdavim-ruhanilər qarşısında çıxış etdi və onlara öz tövsiyələrini verib.

Daha sonra din xadimlərinə təkmilləşdirmə kurslarını bitirmələrini təsdiq edən sertifikatlar təqdim olunub.
 





14.11.2014    çap et  çap et