525.Az

“525-ci qəzet”imiz Əjdər OL "525-ci qəzet"i təbrik etdi


 

“525-ci qəzet”imiz <b style="color:red"> Əjdər OL "525-ci qəzet"i təbrik etdi</b>

Əjdər OL

 

Mənə əziz, doğma olan hörmətli Rəşad Məcid “525-ci qəzetin əməkdaşları!

 

Qəzetinizin 20 yaşını ürəkdən təbrik edirəm!

 

“525-ci qəzetilk addımını atan gündən öz yolunu düzgün müəyyən etmiş tarazlığını itirmədən irəliləməkdədir. Orta mövqeli olmaq, obyektiv münasibəti qorumaq bütün dövrlərdə olduğu kimi indi çətin yorulmazlıq tələb edən bir yaradıcılıq tərzidir.

 

İqtidar yaxud müxalifət yönlü qəzet buraxmaq məncə elə çətin deyil. Çünki hər ikisinin mövzusu boldur, genişdir, yazdıqca bitmir. Biri təqdir edir, o biri tənqid.

 

Amma təsirlərdən azad, müstəqil qəzet yaratmaq yaşatmaq, cəmiyyətin güzgüsünə çevrilmək böyük zəhmət, gündəlik axtarışlar tələb edir.

 

“525-ci qəzetziyalılar arasında ən populyar qəzetdir. Yazıçılar, alimlər, ictimai xadimlər digər ziyalılarımız bu qəzetin səhifələrində görünməyi şərəf bilirlər. Həm inanırlar ki, bu qəzetdə çap olunsalar dəyərli qədirbilən oxucuları çox olacaq.

 

Mən nəsr yazılarımın əksərini “525-ci qəzet yayımladıram. Bu qəzet mənə bir köynək yaxındır.

 

Rəşad müəllim, sizin baş redaktor Azərbaycan Yazıçılar Birliyinin katibi kimi geniş ədəbi-ictimai fəaliyyətiniz, yaradıcı gənclərin qayğısına qalmağınız, oxucuların cəmiyyətdə düzgün yönəldilməsi istiqamətində ilhamlı entuziast işiniz “525-ci qəzeti daha etibarlı tribunaya çevirmişdir.

 

Kollektivinin özü gəncdir, ruhu da!

 

Sizə böyük uğurlar arzulayıram!

 

 





18.11.2012    çap et  çap et