525.Az

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar


 

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar<b style="color:red"></b>

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıb.

525.az-a federasiyadan verilən məlumata görə, Vasif Səlimov (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub.

Elcan Əliyev (78) isə bürünc medal əldə edib.

Qeyd edək ki, noyabrın 24-də startı verilən yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Bu gündən isə böyüklər mübarizəyə qoşulacaqlar.

 





25.11.2024    çap et  çap et