525.Az

Koroğlu Rəhimov küçəsi yenə bağlanır


 

Koroğlu Rəhimov küçəsi yenə bağlanır<b style="color:red"></b> Bu gün axşam saat 22.00-dan etibarən Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən başlayaraq Fətəli xan Xoyski küçəsinə qədər olan hissəsi tam bağlanacaq.
 
Lent.az-ın xəbərinə görə, bu barədə avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov məlumat verib.
 
Həmin küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə 2 gün ərzində məhdudiyyət tətbiq olunacaq. Səbəb isə yolun asfalt örtüyünün yenilənməsi və digər təmir işləridir. Həmin ərazidə təmir işləri bazar ertəsi günü başa çatdırılacaq.
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi təmir işləri ilə əlaqədar sürücüləri alternativ yollardan istifadə etməyə çağırıb.
 
Qeyd edək ki, ötən həftə Koroğlu Rəhimov küçəsinin tam olaraq təmirə bağlanması paytaxtda dəhşətli tıxaca səbəb olmuşdu. Həftənin iş günü yolun bağlanması sürücülərin narazılığına səbəb olduğu üçün bu dəfə aidiyyəti orqanlar yolda təmir işlərini həftə sonuna təyin ediblər.
 





14.11.2014    çap et  çap et