525.Az

Kipr Respublikası NATO-ya üzv olmağı planlaşdırır


 

Kipr Respublikası NATO-ya üzv olmağı planlaşdırır<b style="color:red"></b>

Kipr Respublikasının NATO-ya daxil olması planları oktyabrın sonunda ada dövlətinin prezidenti Nikos Xristodulides və ABŞ prezidenti Co Bayden arasında keçirilən görüşdə müzakirə edilib.

525.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

"Bu, Vaşinqton tərəfindən artıq qəbul edilmiş, bir-birindən asılı olan bir neçə mərhələdən ibarət ətraflı, düşünülmüş, uzunmüddətli plandır", - nəşr yazıb.

Qeyd olunur ki, Kipr rəhbəri Avropa Siyasi Birliyinin Budapeştdə keçirilən sammitində NATO-nun baş katibi Mark Rutteyə dövlətin mərhələli şəkildə NATO-ya daxil olması planını da təqdim edib. Eyni zamanda, qəzet yazır ki, Kiprin alyansa daxil olması birbaşa Kipr münaqişəsinin həllindən və Türkiyə ilə münasibətlərin yaxşılaşmasından asılı olacaq.

Pərvanə Sultanova

 





25.11.2024    çap et  çap et