525.Az

Kosta-Rikada təyyarə qəzası - 5 nəfər öldü


 

Kosta-Rikada təyyarə qəzası - <b style="color:red">5 nəfər öldü</b>

Dünən Kosta-Rikanın San-Xose əyalətində sərnişin təyyarəsi qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Eskasu adlandırılan dağlıq ərazidə baş verib.

Kiçik mühərrikli təyyarədə 6 nəfər olub. Ərazinin dağlıq və cəngəllik olması, üstəlik yağışlı hava şəraiti xilasedicilərin işini çətinləşdirsə də, bir neçə saat öncə təyyarənin qalıqları aşkar edilib. 6 nəfərdən 5-i həlak olub, 1 qadın sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yeri gəlmişkən, 6 nəfərin 5-i 1 ailənin üzvü olub. Pilot və 4 ailə üzvündən yalnız 1 nəfər sağ qalıb. 6-cı şəxs isə pilot köməkçisi imiş.

Qeyd edək ki, hadisənin baş vermə səbəbi hələlik dəqiq məlum deyil. Ehtimal ki, yağışlı və dumanlı hava faciəyə səbəb olub.

L.Tağıyeva

 





26.11.2024    çap et  çap et