525.Az

Xaməneinin müşaviri: İran-Azərbaycan təlimləri qarşılıqlı etimadın yüksək olduğunu nümayiş etdirir


 

Xaməneinin müşaviri: İran-Azərbaycan təlimləri qarşılıqlı etimadın yüksək olduğunu nümayiş etdirir<b style="color:red"></b>

İranla Azərbaycan arasında təlimlər qarşılıqlı etimadın yüksək olduğunu nümayiş etdirir.

525.az “Report” -a istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib.

Müşavir deyib ki, ABŞ başda olmaqla Qərb və NATO-nun Azərbaycan, Xəzər dənizi, Mərkəzi Asiya vasitəsilə şərqdən qərbə daşımalar etdiyi üçün İran Zəngəzur yolunun açılmasına qarşıdır.

Qeyd edək ki, noyabrın 24-də İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (Sepah) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilib.

 





26.11.2024    çap et  çap et