525.Az

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə


 

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə<b style="color:red"></b>

Rusiyada "Telegram" bəzi qadağan olunmuş məzmuna girişi bloklamadığı üçün 7 milyon rubl (təxminən 67 min dollar) cərimələnib.

525.az xarici mediaya istinadən xəbər verir ki, "Telegram"a qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl olunmadığı qənaətinə gələn məhkəmə "Telegram"ı 7 milyon rubl cərimə ödəməyə məcbur edib.

Qeyd edək ki, əvvəllər ölkədə oxşar səbəblərə görə "Apple", "Google", "TikTok" və "Facebook" kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilib.

Malik Atilay 

 





26.11.2024    çap et  çap et