525.Az

Nigeriyada silahlı hücum: 7 fermer öldürüldü


 

Nigeriyada silahlı hücum: <b style="color:red">7 fermer öldürüldü</b>

Nigeriyanın Niger əyalətində cinayətkar dəstə üzvləri tərəfindən həyata keçirilən silahlı hücumda 7 fermer həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Niger əyalətinin Bangi bölgəsində silahlı dəstə üzvləri tarlada işçilərə hücum edib.

Silahlı hücumda 7 fermer həyatını itirib, çox sayda insan yaralanıb.

Qeyd edək ki, noyabrın 6-da vilayətin Rafi bölgəsində baş verən hücumda 10 nəfər həyatını itirib.

Malik Atilay 

 





26.11.2024    çap et  çap et